Ermənistan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə liderlərin Brüssel görüşündə iştirak etməyə hazır olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Aİ Ermənistan hökumətinin regionda və onun hüdudlarından kənarda sülh və əməkdaşlığa sadiqliyinin nümayişi kimi Ermənistanın “Sülh üçün yol ayrıcı” layihəsini alqışlayıb.

Aİ Ermənistan və Azərbaycan arasında 1991-ci ildə yaradılmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsiplərinə əsaslanan münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu bildirib. 

Gülayə Mecid