Ölkələr arasında hərbi əməkdaşlıq müqaviləsinin qüvvəyə minməsindən sonra Britaniya ilə ən böyük hərbi təlim  Yaponiyanın Qunma prefekturasında başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın “Sankei” qəzeti məlumat yayıb. 

“Vigilant Isles” adlanan təlimdə Yaponiya quru qüvvələrinin 400 əməkdaşı, həmçinin 200 Britaniya əsgəri iştirak edir ki, bu da manevrlərin bütün müddəti üçün rekord göstəricidir.

Qoşunların təlimi Yaponiyanın dörd prefekturasında keçiriləcək və noyabrın 26-dək davam edəcək. Təlim zamanı əsgərlər “uzaq adaları müdafiə etmək” üçün infiltrasiya və kəşfiyyat məşqləri keçirəcəklər.

Gülayə Mecid