Rusiyanın Volqoqrad vilayətində hərbi hissədə yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov açıqlayıb.

Yanğın nəticəsində tələfat və mülki obyektlərə ziyan dəyməyib. Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.

Həmçinin Samara vilayətinin Jiqulevsk şəhərində yaşlı qadın hərbi komissarlığın binasına "Molotov kokteyli" atıb. Yanğın söndürülüb. 

Ağarza Elçinoğlu