Rusiya Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov Stavropol diyarının Adjiyevski kəndindəki evində ölü tapılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, onun yanında arvadı Tatyananın da cəsədi aşkarlanıb. 

Onların ölüm səbəbi məlum deyil Vladimir və Tatyana Sviridovların cəsədlərində zorakı ölüm izləri aşkar edilməyib.

Aviasiya general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusuna komandanlıq edib.

Ağarza Elçinoğlu