Biz dövlətimizin və dövlətçiliyimizin funksional əhəmiyyətini yenidən qiymətləndirmək zərurəti ilə üzləşmişik.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib. 

Paşinyanın sözlərinə görə, həmin funksional əhəmiyyətin yenidən qiymətləndirilməsinin nəticəsi olmalıdır: "Ermənistan onun hüdudlarından kənarda hazırlanmış planları həyata keçirmək üçün platforma və ya forpost deyil, öz vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxtliyini təmin etmək vasitəsidir. Dövlət sırf həmin məqsədləri həyata keçirməklə liderlik etməlidir". 

Paşinyan qeyd edib ki, maraqlar sisteminin zirvəsi Ermənistanın iqtisadi inkişafıdır: "Sülh gündəmi bu iki zirvə görüşünə xidmət etmək məqsədi daşıyır. Bu baxımdan, yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün bizim siyasi iradəmiz sarsılmaz olaraq qalır, təbii ki, Ermənistanın həmin müqaviləni təkbaşına imzalaya bilməyəcəyi qeyd olunur və bunun üçün Azərbaycanın da imzası lazımdır". 

Ağarza Elçinoğlu