"Artsax (Qarabağda özünü buraxmış separatçı rejim - red.) dövlət qurumlarının saxlanması Ermənistan üçün birbaşa təhlükədir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib. 

"Artsax məsələsinin bitməsi nə deməkdir? Bizim Artsax ermənilərinin böyük problemi var. Hesab edirəm ki, bu, Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbədir", - deyə Simonyan qeyd edib. 

Xatırladaq ki, qondarma rejimin özünü buraxmış deputatları və müxalifəti Ermənistanda dövlət təsisatlarının mövcudluğunu qoruyaraq, "hökumət"in yaradılmasını təklif ediBlər.

Ağarza Elçinoğlu