Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, Ukraynada hərbi xüsusi əməliyyat  məqsədlərinə tam çatana qədər davam edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi “SMOA Plus”ın İndoneziyada keçirilən 10-cu iclasında deyib. 

"Xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə tam nail olunana qədər davam edəcək. Avropada yenidən baş qaldıran nasizm və Ukraynada rusdilli əhalinin soyqırımına son qoyulacaq”, - Fomin bildirib.  

Onun sözlərinə görə, Ukraynada münaqişənin gərginləşməsinə görə məsuliyyət  ABŞ, eləcə də onun Avropa və Asiya müttəfiqlərinin üzərinə düşür. 

Gülayə Mecid