Ermənistan qurumdan çıxmaq üçün KTMT-yə rəsmi müraciət etməyib. 

"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov bildirib.

"Ermənistan rəhbərliyinin, o cümlədən təşkilatın rəsmi açıqlaması olmayıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə heç bir açıqlama verilməyib, bununla bağlı heç bir sənəd olmayıb, şəxsən mən onları görməmişəm", - Sidorov Moskvada keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, təşkilat daxilində KTMT-nin Qafqaz regionuna marağını itirdiyi və ya Ermənistanı tərk etməyi planlaşdırdığı barədə söhbət yoxdur: "Düşünürəm ki, bizim müdrik dövlət başçılarımız Ermənistan Respublikasının üzləşdiyi çətinlikləri həll etmək üçün bir yol tapacaqlar". 

Ağarza Elçinoğlu