Türkiyənin İzmir şəhərində bir neçə metro vaqonu relsdən çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Bildirilib ki, relsdən çıxan vaqonlardan biri divara çırpılıb. Qəza nəticəsində heç kim xəsarət almayıb. 

Hazırda ekspertlər vaqonların relsdən çıxmasının səbəblərini araşdırır. 

Ağarza Elçinoğlu