Gürcüstan parlamenti hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.
"Unikal" xəbər verir ki, buna səbəb David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməməsi olub.
Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.
"Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq", - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.