Finlandiya noyabrın 17-dən 18-nə keçən gecə Rusiya ilə sərhəddə yerləşən dörd sərhəd-keçid məntəqəsini bağlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Helsingin Sanomat" agentliyi məlumat yayıb. 

Finlandiyanın daxili işlər naziri Mari Rantanen öz növbəsində Vaalimaa, Nuijamaa, İmatra və Niirala keçid məntəqələrinin tamamilə bağlanacağına aydınlıq gətirib: "Müraciətlər yalnız Salla və Vartius sərhəd-keçid məntəqələrində qəbul ediləcək".

Ağarza Elçinoğlu