Avropa İttifaqı sülh müqaviləsinin əldə edilməsi məqsədilə Azərbaycan və Ermənistan arasında danışıqların bərpası üçün səylərini davam etdirir.

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell deyib.

"Aİ tam sadiq qalır və Ermənistan və Azərbaycan arasında danışıqların təxirə salınmadan bərpa olunması üçün səylərini davam etdirir", - Borel bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinin yekun məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır.

Ağarza Elçinoğlu