San-Fransiskoda ABŞ prezidenti Co Baydenlə Çin Dövlət Başçısı Si Cinpin arasında keçirilən görüşdə avtomobil dialoqu diqqət çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbətdə hər iki lider avtomobillərini müqayisə ediblər.

Belə ki,  ABŞ prezidenti Cinpinin avtomobilini görərək "Maşının gözəldir" ifadəsini işlədib, bu zaman Çin lideri Baydenə "Hongqi, yerli məhsuldur"-  deyə cavab verib. Maşının gözəlliyinə heyran qalan Bayden avtomobilin içinə baxış keçirib. 

Qısa müddət sonra Bayden Si Cinpinə "Bizim avtomobilimiz Cadillacdır. Ona canavar deyirik" - deyə vurğulayıb.  

Bildirək ki, Çin Prezidenti Si Cinpin ABŞ-a 6 ildən sonra ilk səfərinə güllə keçirməz, 18 metr uzunluğunda "Hongqi" sedanı ilə qatılıb. Çin prezidenti üçün xüsusi dizayn edilmiş, N701 kod adlı "Hongqi" avtomobilinin qiymətinin ən azı 800 min dollar olduğu təxmin edilir.

Çinli premium EV üreticisi Hongqi Türkiye'de!Maşının raket əleyhinə zirehlər, qalın gülləkeçirməz şüşələr və bioloji və kimyəvi silahlardan qorunma sistemləri ilə təchiz olunub. Lakin onun daha bir çox xüsusiyyətləri olduğu məlum olsa da, digər texniki xüsusiyyətlərin əksəriyyəti dövlət sirri olduğu üçün açıqlanmır. Prezident Si 2012-ci ildə bildirib ki, Çin liderləri yalnız Çin avtomobillərini sürməlidirlər. 

"Hongqi" bazarda indiyə qədər ən bahalı Çin istehsalı olan avtomobil kimi tanınır.

ABŞ prezidenti Baydenin “Canavar” kimi tanıtdığı “Cadillac” düz 1,5 milyon dollar dəyərindədir. Avtomobil kimyəvi və bioloji hücumlara, eləcə də güllələrə və partlayışlara tab gətirmək üçün hazırlanıb və “sarsılmaz” olduğu iddia edilir. Avtomobilin şüşələrinin qalınlığı 3 düym olduğu bildirilir.

Cadillac Escalade Review: America's $100k Answer To The, 55% OFF“Cadillac”ın arxa oturacağında prezident də daxil olmaqla maksimum 4 sərnişin əyləşə bilər.  Avtomobil yanğınsöndürmə sistemi və tüstü pərdələri ilə təchiz olunub. Yanacaq çəni zirehlə örtüldüyü halda, o, birbaşa zərbə zamanı belə maşının partlamasına mane olan xüsusi köpüklərlə doldurulur. Avtomobilin arxa oturacağında həmçinin vitse-prezident Kamala Harris və Pentaqona birbaşa əlaqə təmin edən peyk telefonu var. Avtomobildə təhlükəsiz oksigen sistemi və fövqəladə hallarda qana ehtiyac olduğu halda prezidentin öz qanı olan çanta var. Əksər sistemlərdə prezidentə birbaşa səlahiyyət verilməsinə imkan verən barmaq izi sistemi də mövcuddur.

Gülayə Mecid