Kanadanın baş naziri Castin Trüdo nahar etdiyi restoranda 250 nəfərlik qrup tərəfindən etirazla qarşılanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Vankuver şəhərində qeydə alınıb.
Nümayişçilər baş nazirdən İsrailin hücumlarının davam etdiyi Qəzzada atəşkəs çağırmasını tələb ediblər. Aksiya zamanı baş verən davada bir polis əməkdaşı yaralanıb, 2 fəal saxlanılıb.
Səlahiyyətlilər bildiriblər ki, Trüdonun restoranı tərk etməsini təmin etmək üçün 100 polis məmuru hadisə yerinə gəlib və izdihamı nəzarət altına alıblar.
Gülayə Mecid