Ermənistanla Avropa Komissiyası arasında sazişin təsdiq edilməsi məsələsi hökumətin sabahkı iclasına daxil edilib.

"Unikal" xəbər verir ki, həmin razılaşmaya əsasən, Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında 2 milyon avro dəyərində “Fukusima hadisəsindən sonra aparılan stress-testlərdən öyrənilmiş dərslərin həyata keçirilməsi” maliyyə sazişinin bağlanması planlaşdırılır. Ermənistan atom elektrik stansiyasının 2-ci enerji bloku üçün səyyar dizel nasoslarının alınmasına yönəldilib.