Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə dair protokolla bağlı qərar qəbul etməyib .

"Unikal" xəbər verir ki, bu barədə Reuters agentliyi komissiyanın sədri Fuat Oktaya istinadən məlumat yayıb .

Xarici İşlər Komissiyası bu sənədin müzakirəsinin gedişini şərh edib. Onlar bildiriblər ki, iclas hələ də davam edir və onun gedişi və qərarlar barədə daha sonra rəsmi məlumat veriləcək.

Bir gün əvvəl İsveçin NATO- ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyasının  ilin sonuna qədər tamamlana biləcəyi bildirilmişdi.