Ermənistanda məktəblərə rus dilində dərsliklərin verilməsi dayandırılıb.

"Unikal" xəbər verir ki, səbəb kimi Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov rus dilində dərsliklərin ekspertizaya ehtiyacı olmasını bəhanə gətirib. 

"Noyabrın 11-də dərsliklər respublikaya gətirilib, onların böyük tələbat olan məktəblərə paylanmasına başlanılıb. Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bu prosesi dayandırıb. Tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə.. Xüsusilə qəribə görünür ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər”, - senator Telegram kanalında yazıb.

O xatırladıb ki, Rusiya 50 mindən çox dərsliyin alınması və rus dilində tədris olunan erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti tapıb. Qərar ikitərəfli parlamentlərarası komissiyanın iclaslarında erməni deputatların dəfələrlə etdiyi müraciətlərdən və Federasiya Şurası rəhbərliyinin birbaşa dəstəyi ilə qəbul edilib.