Həştərxanda beşmərtəbəli yaşayış binasının iki girişi uçub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin operativ növbətçiliyinə  hadisə şahidindən beşmərtəbəli yaşayış binasının xarici divarında çatın yaranması barədə məlumat daxil olub”, - məlumatda deyilir.

İdarədən verilən məlumata görə, üçüncü və dördüncü girişlər uçub.

Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasediciləri işləyir. Sakinlər təxliyə edilir.

Noyabrın 16-da axşam Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, Həştərxanda binanın bir hissəsi uçub .