İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərb hissəsini nəzarətə götürüb və təmizləyib.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib. O, əlavə edib ki, qoşunlar əməliyyatın növbəti mərhələsinə keçib.

Son 24 saat ərzində Qəzza şəhərinin qərb hissəsinin tutulması və təmizlənməsini başa çatdırdıq. Biz növbəti mərhələyə keçdik... Əməliyyat aydın, seçmə və çox qətiyyətlə davam edir və həyata keçirilir ”, - deyə Qalant bildirib.

Bundan əvvəl İsrailin HƏMAS nümayəndələri ilə saxlanılan mülki şəxslərin azad edilməsi ilə bağlı danışıqlara başladığı məlum olub. Münaqişə tərəfləri əvvəlcə təxminən 10-20 nəfərin, sonra isə İsrail ordusunun bütün şərtləri yerinə yetirəcəyi təqdirdə HƏMAS-ın daha 100 girovu azad edəcəyi variantını müzakirə ediblər.

Eyni zamanda, Misir hakimiyyəti İsrail hökumətinə HƏMAS hərəkatının yaxın günlərdə yəhudi dövlətinə hücum zamanı əsir götürülən girovları azad etməyi planlaşdırdığı barədə məlumat verib. KİV-in məlumatına görə, Təl-Əviv Fələstin qruplaşması əsirlərin ilk qrupunu azad edənə qədər Qəzza zolağında hər hansı atəşkəsdən və ya yanacaq tədarükündən imtina edib.