Ukraynanın Prezident Aparatının rəhbərinin keçmiş köməkçisi Aleksey Arestoviç barəsində cinayət işi açılıb.

“Unikal” xəbər verir ki, bunu ukraynalı deputat Nataliya Pipa bildirib.

Qeyd edək ki, son həftələrdə Arestoviç açıq şəkildə prezident Volodimir Zelenskiyə qarşı çıxıb, həmçinin Rusiya ilə barışıq bağlamaq zərurətindən danışıb.

Xatırladaq ki, Arestoviç Qarabağ, ümumən Ermənistan-Azərbaycan məsələsində həmişə çox aydın, birmənalı olaraq, qanun və ədalət mövqeyindən çıxış edib.