Milli Müdafiə naziri Yaşar Gülər ​​İngiltərə və İspaniyadan Avropa İttifaqı istehsalı olan 40 "Eurofighter Typhoon" döyüş təyyarəsi almağı planlaşdırdıqlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, nazir Gülər, İngiltərə və İspaniyanın razılıq verdiyini, Almaniyadan isə hələ razılıq almadıqlarını açıqlayıb.  

" Almaniyanı razı salmağa çalışırıq".

Qeyd edək ki, Eurofighter Typhoon Avropa İttifaqı istehsalı olan çoxməqsədli, iki mühərrikli, delta qanadlı döyüş təyyarəsidir. Onun dizaynı Fransanın Dassault Rafale, İsveçin Saab Gripen və Rusiyanın MiG 1.44 təyyarələrinə əsaslanır. Çeviklik və qabaqcıl elektron sistemlər onun ən fərqli xüsusiyyətləridir.Onun iki Eurojet (Yurojet) EJ200 mühərriki var. Tək və ikili pilot versiyaları var. Onun əldə edə biləcəyi ən yüksək sürət 2390 km/saatdır.