"BMT TŞ-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında üzərinə düşən vəzifəni yerinə yetirmir".

"Unikal" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 1979-cu ildə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsini gündəmə gətirdiyini xatırladan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının sədri Dennis Frensis deyib.

O, buna görə beynəlxaql təşkilatı tənqid edib. Frensis BMT Baş Assambleyasının sessiyasında Şuranın islahatı ilə bağlı çıxış edib.