Dağıstanın Buynaksk administrasiyası rəhbərinin müavini Həmzət Osmanovun əlində qumbara partlayıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə Həmzət Osmanovun əli qopub. Məlumata görə, administrasiya rəsmisi dostları ilə oturarkən stolun üstündəki partlayıcını götürüb və onu fırlatmağa başlayıb. O, qumbaranın həqiqi olduğunu bilməyib. Bu zaman qumbara partlayıb və Osmanovun sol əli qopub. 

O, Mahaçqala xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Həmzət Osmanov 2013-cü ildə sərbəst güləş üzrə Azərbaycan çempionu olub. 

Nuranə Abbasova