İspaniya Sosialist İşçi Partiyasının (PSOE) başçısı Pedro Sançes Deputatlar Konqresində (parlamentin aşağı palatası) səsvermənin yekunlarına görə qalib gələrək dörd il müddətinə yenidən Baş nazir postuna seçilib.

"Unikal" xəbər verir ki, konqresin sədri Fransina Armenqol 350 deputatdan 12 milyondan çox seçicini təmsil edən 179-nun Pedro Sançesin lehinə səs verdiyini bildirib.

Bu gün Fransina Armenqol Kral VI Felipeyə səsvermənin nəticələrini rəsmi xəbər verməkdən ötrü Sarsuela sarayına gedəcək.