İsrail ordusu Qəzza zolağında əməliyyatın “növbəti mərhələsini” elan edib.
"Unikal"
xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.

“Əməliyyat davam edir və aydın, seçmə, lakin çox, çox qətiyyətlə həyata keçirilir. Növbəti mərhələ başlayıb”, - deyə “The Times of Israel” onun sözlərindən sitat gətirib.

Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, Gallant Əl-Şifa xəstəxanasında "vacib tapıntılar" haqqında məlumat verib.

Çərşənbə günü İsrail hərbçiləri Qəzza zolağında ən böyük tibb müəssisəsinin ərazisinə daxil olublar. İDF xəstəxananın altında Həmas komandanlığının olduğunu bildirib. Bir gün əvvəl hərbçilər ərazidə avtomat, qumbaraatan, döyüş sursatı və zirehli əşyaların aşkar edildiyini bildiriblər.