Türkiyənin İstanbul şəhərində yerləşən kimyəvi maddələr fabrikinin anbarında bu gün səhər saatlarından etibarən güclü yanğın başlayıb.

 "Unikal" xəbər verir ki,  bu barədə NTV telekanalı məlumat yayıb. 

Yanğın zamanı partlayış səsləri eşidilib. Ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yanğının söndürülməsi üçün hadisə yerinə qüvvələr cəlb olunub.