Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Universitetinin Kimya fakültəsinin binasında partlayış baş verib. 

"Unikal" erməni KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar var. 

"Hadisə yerindən 3 nəfər təcili tibbi yardım həkimləri tərəfindən yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb, yanğınsöndürənlər içəridə 1 nəfərin meyitini aşkarlayıb, 1 nəfər patrul xidmətinin əməkdaşı təxliyyə işlərini apararkən tüstüdən zəhərlənib", - deyə məlumatda qeyd olunub. 

***10:22

İrəvan Dövlət Universitetində partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, ilkin məlumatlara görə, partlayış universitetin kimya kafedrasının binasında baş verib.

Gülayə Mecid