Çinli kişi özündən 24 yaş böyük müdirinə aşiq olub və ona evlilik təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

26 yaşlı gənc iş yerində həmkarları ilə romantik münasibətdə olub. Lakin o, ən sonda 50 yaşlı boşanmış müdirinə eşq etiraf edib. Maraqlısı budur ki, qadın bunu qəbul etməyib. 26 yaşlı oğlan isə israrla onu sevdiyini və evlənmək istədiyini bildirib. 

İş yeməyi zaman qadının qarşısında diz çökən oğlan istədiyinə nail olub. 

Çinlinin bu hərəkəti sosial şəbəkələrində müzakirələrə səbəb olub. Əksər istifadəçilər hesab edirlər ki, kişinin özündən iki dəfə böyük olan müdirinə evlilik təklifi etmək qərarı varlanmaq istəyi ilə bağlıdır.

Seymur Əli