Xarici güclərin Rusiyanın MDB ölkələri ilə münasibətlərində fikir ayrılığı yaratmaq cəhdləri davam edəcək, lakin buna nail olmayacaqlar.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının prezidenti Valentina Matvienko deyib. 

O, Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib: "Əlbəttə, xarici qüvvələrin sıralarımızda nifaq salmaq cəhdləri davam edəcək. Amma indiyə qədər buna nail ola bilməyiblər. Əminəm ki, bu, gələcəkdə də olmayacaq". 

Ağarza Elçinoğlu