Noyabrın 17-də səhər saatlarında İsrail ordusu Cenində əməliyyatını başa çatdırıb və qoşunların çıxarılması prosesi davam edir. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilir ki, əməliyyat zamanı 3 yaraqlı məhv edilib. Məlumata görə, öldürülənlər arasında Cenin batalyonunun komandirlərindən biri Baha Lahluh da var.