Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər parlamentdə 2024-cü il büdcəsi ilə bağlı keçirilən dinləmələrdə deputatların suallarını cavablandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsi ilə bağlı müzakirələr zamanı Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Vəli Ağbaba nazirə sual verib: "Niyə S-400-dən istifadə etmirik?"
Nazir deputata cavabında deyib: "Onları harada istifadə etməliyik? S-400 paltaryuyan maşındır? Xahiş edirəm, hər mövzuda danışmağa ehtiyac yoxdur. S-400-dən istifadə etmək zərurəti yarandıqda biz düyməni basacağıq və bütün maraqlı tərəflər bundan sonra nə olacağını görəcəklər".
Ağarza Elçinoğlu