Hindistanda "Flipkart" e-ticarət şirkətindən qovulan işçi ofisi qarət edib. 

"Unikal" xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.  

Belə ki, Sumit adlı şəxs oktyabr ayında işdən çıxarılıb. Bundan inciyən keçmiş işçi dostları ilə birlikdə şirkətin ofisini qarət ediblər. Belə ki, onlar oyuncaq silah və balta ilə silahlanaraq binaya daxil olublar. İşçiləri hədələyərn oğrular ofisdən 2,1 milyon rupi (38 400 AZN) götürüblər.

Oğurluqda şübhəli bilinən Sumit və şərikləri  qısa zamanda saxlanılıb.