İsrail qüvvələri Fələstin lideri Yasir Ərəfatın İordan çayının qərb sahilindəki abidəsini buldozerlə dağıdıb. 

"Unikal" xəbər verir ki,  bu  barədə  görüntüləri "Al Cazirə" telekanalı yayıb. 

Bildirək ki, Fələstin Azadlıq Təşkilatının (FAT) lideri və Fələstin Milli Administrasiyasının ilk prezidenti Ərafat Fələstinin muxtariyyəti uğrunda İsrailə qarşı mübarizə aparıb. O, həyatının çox hissəsini 1958-1960-cı illərdə yaratdığı Fəth siyasi təşkilatına rəhbərlik etməklə keçirib. O , əvvəlcə İsrailin varlığına qarşı olsa da, sonradan 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsini qəbul edərək fikrini dəyişib.