Türkiyənin Ərzurum şəhərində 6-16 yaş arasında olan 5 qızına illərlə cinsi təcavüz edən şəxs həbs edilib. 

"Unikal" xəbər verir ki, həbs edilən ata üçün 160 il həbs cəzası istənilib.

Qeyd olunub ki, hadisə onun 16 yaşlı qızının jandarmaya xəbər verməsi ilə üzə çıxıb. Atası Ş.K.-dan şikayətçi olan Z.K. 9 il cinsi istismara məruz qaldığını, 4 bacısının isə atalarının zorakılığına şahid olduğunu bildirib. 

Onun işinə Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində baxılır. 

Ağarza Elçinoğlu