İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşünün Rusiyada keçirilməsi təklifinə baxır.

"Unikal" xəbər verir ki, bunu “İnterfaks”a müsahibəsində Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib.

“Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşmalar yoxdur, çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İşlər aparılır”, - deyə səfir qeyd edib.

Gülayə Mecid