Rusiya əsirliyində olan ukraynalı hərbçilərin sayı açıqlanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 4 337 ukraynalı hərbçi və mülki şəxs Rusiya əsirliyindədir. Onlardan 3 574 nəfər hərbçi, 763 nəfər isə mülki şəxsdir.