Finlandiya Ukraynaya təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub. 

"Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib. Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq. Bu paket Finlandiyaya təxminən 100 milyon avroya başa gələcək", - məlumatda deyilir.

Ağarza Elçinoğlu