Noyabrın 16-da ABŞ Qərbi Balkanlarla əlaqəsi olan 10 şəxsə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir k, bu barədə Reuters məlumat yayıb. 

Qəzetin yazdığına görə, yeni sanksiyalar Rusiyanın Balkan regionunda təsirini cilovlamaq məqsədi daşıyır. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya şirkətlərinə və Liberiyada qeydiyyatda olan 3 tankerə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalan digər təşkilatlar Şimali Makedoniya, Liberiya və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Sanksiya siyahısında olan şəxslər Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyadandır. Onlardan biri yüksək rütbəli partiya xadimidir və Ukrayna istehsalı olan vertolyot mühərriklərinin Rusiyaya verilməsində əməyi olan şirkətdə Serbiya Respublikasının nümayəndəsidir. Digəri isə Serbiya Respublikasında sənaye və energetika naziri vəzifəsində çalışır, o, xorvatiyalı həmkarı ilə Rusiyanın neft emalı zavoduna qoşulan boru kəmərinin tikintisinə dair müqavilə imzalayıb.

Digər yüksək rütbəli nümayəndə bölgənin bəzi qüvvələrinin Rusiya hakimiyyət orqanları qarşısında səlahiyyətli nümayəndəsinə çevrilərək, bölgənin ruslarla əlaqələrinin möhkəmlənməsinə töhfə verib. Sonuncunun adı çəkilməyən rusiyalı milyarderlə də yaxın əlaqələri var və onun da  şirkətlərlə əlaqələri var.