Yunanıstandakı iki baza gələn il NATO-nun hava təliminə ev sahibliyi edəcək.
"Unikal" xəbər verir ki, yunan mətbuatı təlimə Türkiyənin də dəvət ediləcəyini yazıb, Türkiyə döyüş təyyarələrinin iştirakının dəqiq olmadığı qeyd edib.
Hazırkı plana əsasən, Andravida və Araxos alyansın demək olar ki, bütün ölkələrindən olan təyyarələri və şəxsi heyəti qəbul edəcək.
Yunan mətbuatından Kathimerini, təlimin Afina üçün Şərqi Aralıq dənizi ilə bağlı "əhəmiyyətli bir fürsət" olduğunu yazıb.
Türkiyənin üzvlük statusu ilə bağlı təfərrüatların yer aldığı xəbərdə deyilir:
“Səlahiyyətli mənbələr Türkiyənin NATO qərargahının planlaşdırdığı təlimə normal olaraq dəvət ediləcəyini bildiriblər. “Türkiyə və Yunanıstan arasındakı sakit iqlim onilliklər ərzində ilk dəfə olaraq Egey səmasında iki hava qüvvələrinin birgə təlimi üçün nadir fürsət yaradır”.
Bununla belə, Türkiyə döyüş təyyarələrinin Araxosda, yoxsa Andravidada yerləşdiriləcəyi və ya təlimdə iştirak edib-etməyəcəyinin hələ dəqiq olmadığı bildirilib.