"Brüssel mövcud siyasəti davam etdirsə, Avropa İttifaqı dağıla bilər".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O bildirib ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir:
"Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur”.