Şuşada qəza nəticəsində bir nəfər həyatını itirib.
"Unikal" trend-ə istinadən xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Şuşa rayon Daşaltı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "HOWO" markalı yük avtombilin sürücüsü Bərdə rayon Hacallı kənd sakini 52 yaşlı Lələşov Həbib Mürşüd oğlunun idarəetməni itirməsi nəticəsində yük avtomobili yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, Şuşa RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.