Bazar günü polis İstanbulda keçirdiyi əməliyyat zamanı beynəlxalq narkotik kartelinin Qərbi Balkanlar qanadının liderlərindən birini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
“İnterpol”, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində İstanbulun Beşiktaş ərazisində saxlanılıb. Onun üzvü olduğu mütəşəkkil cinayətkar qrup digər cinayətkarlarla əlaqələr qurub. Təşkilatlar Cənubi Amerikada fəaliyyət göstərir və Avropaya kokain tədarükündə və narkotik qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, - nazir “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.