Gürcüstan Hərbi Yolu ilə bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

"Unikal" xəbər verir ki, bunu Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb. Buna səbəb pisləşən hava şəraiti göstərilir.

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü, habelə Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla Vladiqafqaz-Lars hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. 19 noyabr 2023-cü il saat 18:20-dən sonrakı xəbərdarlığa qədər Rusiya Federasiyasını tərk etmək qadağandır”, - deyə departament öz Telegram kanalında məlumat yayıb .
Əvvəllər bildirilmişdi ki, yolun Xaç aşırımından keçən hissəsi (Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsinə aparır) qar və buz bağladığından yük maşınları üçün bağlıdır.
Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur . Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.