Türkiyənin Manisa şəhərində ana və qızı yaşayış binasının liftində ölü tapılıb.

"Unikal" xəbər verir ki, hadisə Salihli rayonunda baş verib.

Əldə olunan məlumata görə, bina sakinlərindən biri lifti çağırıb. O, liftin qapısı açılanda iki nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görərək dərhal həkim və polislərə xəbər verib.

Hadisə yerinə gələn sağlamlıq qrupları 48 yaşlı ana Devrim Gülərin və 18 yaşlı qızı Doğa Etyemezin öldüyünü müəyyən edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.