ABŞ- ın Honda şirkəti  mühərriki yararsız hala sala bilən istehsal qüsuru səbəbindən beş model avtomobili geri çağırma kampaniyası keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Motor1 məlumat yayıb.

Risk qrupuna Pilot krossoverləri, Ridgeline pikapları və Odyssey minivenləri daxildir. Bundan əlavə, potensial qüsurlu V6 mühərrikləri Yaponiya şirkətinə məxsus Acura markasının iki modelində - TLX və MDX-də quraşdırılıb.

Əsas geri çağırma krank şaftında istehsal qüsuru ilə əlaqədar olub. Bu, birləşdirici çubuq yatağının vaxtından əvvəl köhnəlməsinə və nəticədə tutulmasına səbəb ola bilər. Nasaz motordan şübhəli səslər gələ bilər və mühərrik nasazlığı göstəricisi də işə düşə bilər.

Problemi həll etmək üçün Honda dilerləri hər bir avtomobilin mühərrikini qismən sökməyə məcbur olacaqlar.