Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Federasiyası vətəndaşlarına qarşı yeni sanksiyalarla bağlı qərarlarını təsdiq edən iki fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Ukrayna prezident aparatının saytında dərc olunub.

Fərmanlar 108 fiziki şəxsi və 37 şirkəti əhatə edir.

Sanksiyalar beş və on il müddətinə tətbiq edilib.