Türkiyə aviaşirkəti 30 sərnişinsiz yola düşüb

"Unikal" xəbər verir ki, hadisə Parisdə baş verib. Paris-İzmir reysini yerinə yetirən “Sunexpress” aviaşirkətinin təyyarəsi saat 17:00-da Fransadan havaya qalxmalı olsa da, 3 saat gecikib.

Bir müddət sonra bəzi sərnişinlər tətbiqdə uçuş vəziyyətini yoxlamaq qərarına gəliblər və birdən təyyarənin artıq yola düşdüyünü görüblər.

Daşıyıcılara çatmaq cəhdləri uğursuz alınıb. Unudulmuş sərnişinlər  sonda otelə yerləşdirilib və növbəti uçuş üçün təyyarədə yerlər verilib.