İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Xinhua agentliyi xilasedicilərə istinadən məlumat yayıb .

Onun sözlərinə görə, qəza yerli vaxtla saat 19:53-də mikroavtobus nizamlanmayan dəmir yolu keçidində relsləri keçərkən baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Agentlikdən bildirilib ki, faktla bağlı araşdırma aparılır.