Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın xalq artisti Camalanı (əsl adı Susana Camaladinova) beynəlxalq axtarışa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya departamentinin axtarış məlumat bazası məlumat yayıb.
"Camaladinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - məlumatda deyilir.
Ukraynalı qadının hansı maddə ilə axtarıldığı açıqlanmır.
Qeyd edək ki, Camala 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsinin qalibi olması ilə tanınır. O, 2016-cı ildən Ukraynanın xalq artistidir.
Gülayə Mecid