Rusiya ilə Çin arasında strateji tərəfdaşlıq görünməmiş yüksək səviyyədədir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Rusiya-Çin hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri görünməmiş yüksək səviyyədədir ”, - deyə Putin Vahid Rusiya Partiyası-Çin Kommunist Partiyası Dialoqunun iştirakçılarına ünvanladığı təbrikdə bildirib.

Rusiya lideri qeyd edib ki, hazırda iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə genişmiqyaslı birgə layihələr həyata keçirilir.